Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89751
az

İlkin Süleymanova hökm oxunur

15:3324 May, 2023
135
  • A
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Oxu24.com-un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin vəkillərinin müdafiə çıxışı edəcəyi, İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir. Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəmişdi. Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bakıda silahlı şəxs tutulub
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO