Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Oxu24.com-un xəbərinə görə, Xidmətin Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, Koroğlu prospekti 182 ünvanında Nuşirəvan Ağalarov, Koroğlu prospekti 178 ünvanında isə Əhliman Zeynalov tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
Oxu24.com
ŞƏRHLƏR