Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.
Oxu24.com-un xəbərinə görə, hadisə mayın 22-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi “Ford Transit” minik markalı avtomobillə hərəkətdə olarkən piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub. Qadın bədən xəsarətlərindən mayın 23-də müalicə aldığı klinikada ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Oxu24.com
ŞƏRHLƏR