Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89722
az

Sələmə pul vermək hansı hallarda qanunsuzdur?

22:5423 May, 2023
3311
HÜQUQ
  • A

Sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür.

Oxu24.com xəbər verir  ki,Qanunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Cinayət Məcəlləsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– külli miqdarda ziyan vurduqda;

– külli miqdarda gəlir əldə etməklə törədildikdə;

– mütəşəkkil dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər:

– xüsusilə külli miqdarda ziyan vurduqda;

– xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi