Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89719
az

Sloveniya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb

22:3323 May, 2023
127
DÜNYA
  • A

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

Oxu24.com “Telekanal Rada” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, - Ukrayna Ali Radasının sədri vurğulayıb.

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.

Bununla əlaqədar olaraq Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin xarici işlər naziri Dmitro Kuleba Lyublyanaya təşəkkürünü bildiriblər.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi
İran Suriyaya qoşun göndərə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü