Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8966
az

"Mənə yeddi il qadağa qoydu, özü AzTV-də ömürlük "zapret"ə düşdü" — Müğənni Aslandan Alışanov AÇIQLAMASI

11:3216 Yanvar, 2019
1098
CƏMİYYƏT
  • A
 

Müğənni Aslan Hüseynov Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsindən danışıb.

Oxu24.com -un Olkə.az-a istinadən  məlumatına görə, sənətçi bildirib ki, Alışanov ona AzTV-də efirə çıxmağa qadağa qoyubmuş:

"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Yeddi il mənə AzTV-yə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük "zapret"ə düşdü. Dünəndən şərhlərdə lazımsız fikirlər yazırlar. Kiminsə təhqir olunmasını istəmirəm. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən".
Qeyd edək ki,  Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bel ağrılarını aradan qaldırmağın sadə üsulu
İtirilmiş sivilizasiyanın qalıqları tapıldı - 4000 illik MÖCÜZƏ
Türkiyə XİN-dən Merih Demiralın cəzasına münasibət - YENİLƏNİB

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat