Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89648
az

Zəli terapiyası kimlərə tətbiq edilməlidir? – FAYDALARI NƏLƏRDİR?

22:5822 May, 2023
810
TİBB
  • A

Zəli son illərdə populyarlığı artan alternativ müalicə üsullarından biridir. Zəlilər təxminən 3000 ildir müalicə üsulu kimi istifadə olunur.

Zəlinin dəri üçün faydaları nələrdir?


Zəli qan udmaq üçün quyruğunda və başında əmzikləri olan bir məxluqdur. Zəli öz ağırlığından 8 dəfə çox qan udmaq qabiliyyətinə malikdir. Zəlidən müalicə vasitəsi kimi istifadə tarixi qədim Misir dövrünə gedib çıxır.

Zəli terapiyası bədənin diskomfort olan nahiyələrinə qoyulan zəlilərlə aparılır. Zəlilər xəstələnmiş nahiyədə qan əmərkən ifraz etdikləri maye ilə xəstəliyin müalicəsinə kömək edir.

Zəlinin ifrazında qanın laxtalanmasının qarşısını alan, ağrıları aradan qaldıran, əzələləri rahatlaşdıran, immun sistemini gücləndirən, antibakterial xüsusiyyətlərə malik fermentlər var. Zəli terapiyası xüsusilə dəri sağlamlığına müsbət təsir göstərir.

Zəlinin dəriyə faydalarını aşağıdakı kimi sıralamaq olar:

Zəli üzdəki dəri ləkələrini aradan qaldırır
Qara nöqtə problemini yox edir
Dəridəki qırışları hamarlayır
Dəridə qan axını təmin edir
Hüceyrələrin bərpasını təmin edir
Dəridəki fiziki ağrıları rahatladır
Bədəndəki iltihabı və infeksiyaları yox edir
Dəridəki qırmızı ləkələri aradan qaldırmağa kömək edir
Bu varislərin keçməsinə kömək edir.
Zəli terapiyası dəridəki hər cür günəş ləkələri və sızanaq ləkələrində təsirlidir.
Dərinin regenerasiyasını, dərinin rənginin ağardılmasına müsbət təsir göstərir
Zəli terapiyası kimlərə tövsiyə olunur?

Aşağıdakı xəstəliklər üçün zəli terapiyasının istifadəsi tövsiyə olunur.

panik atak müalicəsi
depressiya müalicəsi
varikoz damarlarının müalicəsi
dərinin cavanlaşması müalicəsi
ekzemanın, sızanaqların və sedef xəstəliyinin müalicəsi
yaşlanma əleyhinə müalicələr
baş ağrısı və miqren müalicəsi
şəkərli diabetin yaratdığı yaraların müalicəs
damar tıkanıklığının müalicəsi
boyun yırtığı və ağrıları
bel yırtığı və ağrıları
impotensiya
diz ağrısı
sinir xəstəlikləri
sinir köklərinin iltihabının müalicəsi
hemoroid (babasil) müalicəsi
cərrahi çapıqlar və çapıqların müalicəsi
selülit müalicəsi
döş kist və mastit müalicəsi
böyrək iltihabı
böyrək daşı və böyrək qumu problemləri
metabolik xəstəliklər
öd daşları, öd kisəsinin iltihabı
revmatik xəstəliklərin müalicəsi
tiroid müalicəsi
gut və podaqra müalicəsi
Qeyd: Zəli terapiyası mütəxəssis həkim tərəfindən tətbiq edilməlidir. Zəlinin düzgün tətbiq edilməməsi sinir və limfa zədələnməsindən tutmuş infeksiya və yoluxucu xəstəliklərə qədər bir çox ciddi xəstəliklərə səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR