Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89644
az

Avropa İttifaqı İrana qarşı 8-ci sanksiya paketini tətbiq edib

21:4722 May, 2023
166
  • A

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Oxu24.com  xəbər verir ki, bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“İcazənizlə konkret qərardan - insan haqlarının pozulmasına görə İrana qarşı səkkizinci sanksiyalar paketinin tətbiqindən başlayım”, - deyə o, çıxışında bildirib.

Bazar ertəsi Aİ ölkədə insan haqlarının pozulmasına görə İrana qarşı sayca səkkizinci sanksiyalar paketini tətbiq edərək 5 nəfəri və 2 təşkilatı “qara siyahı”ya əlavə edib.

“Qara siyahı” ya salınmış bütün fiziki və hüquqi şəxslər ölkədə etirazların yatırılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəlidir.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaponiya Xarici İşlər Nazirliyi 2025-ci ildə sülhə çağırır
And içməzdən əvvəl     mitinq        keçirəcək
Moldova prezidentinin atəşfəşanlıqdan qaçan      iti       tapıldı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi