Çində qeydə alınan hadisə sosial medua istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, kosmetik vasitələrin satışı ilə məşğul olan bir firmanın qadın rəhbəri əməkdaşları xüsusi üsulla cəzalandırıb. Firmanın rəhbəri satışı plana uyğun həyata keçirə bilməyən əməkdaşları küçədə, insanların gözü qarşısında dizi üstündə sürünməyə məcbur edib. Qeyd olunan video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırmaya başlayıb və şirkət rəhbəri saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR