Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89626
az

SON DƏQİQƏ! Ukrayna Rusiya ərazisinə girdi,döyüşlər gedir  — VİDEO

16:4922 May, 2023
660
  • A

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupunun Rusiya sərhədlərinə daxil olduğunu və Rusiya təhlükəsizlik qüvvələrinin bu qrupun zərərsizləşdirilməsi üçün tədbirlər gördüyünü bildirib.

Oxu24.com xəbər  verir  ki,Qladkov sosial media hesabından verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun Ukrayna ilə sərhəddəki Qrayvoron ərazisinə daxil olduğunu bildirib.

"Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Mühafizə Korpusu və sərhədçilər qrupun zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görür", - Qladkov bildirib. 

Dünəndən etibarən bu bölgənin də Ukrayna tərəfindən pilotsuz uçuş aparatları və minaatanlarla hücuma məruz qaldığını qeyd edən Qladkov yaşayış məntəqələrində ziyanın olduğunu bildirib.

Qladov qeyd edib ki, hücumlarda Qlotovo kəndində 2 nəfər yaralanıb.

 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç rayonda 1 sutka su olmayacaq
Azərbaycanda alim vəfat etdi
Baş Prokurorluğa yeni səlahiyyət verilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb