Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89624
az

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən pakistanlı saxlanılıb

16:5022 May, 2023
142
KRİMİNAL
  • A

May ayının 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Xan Muhammad Amin saxlanılıb.

Bu barədə Oxu24.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları, 1987-ci il təvəllüdlü Xan Mücahid Ali və 1990-cı il təvəllüdlü Ali Rizvan müəyyən olunub.

"Azərbaycan DSX, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmarı aşkar edilib.

Saxlanılan şəxslər yerli təhsil müəsisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər.

DSX tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir", - məlumatda qeyd olunub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda zibil    qutularını    oğurladılar
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar