Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89621
az

Paşinyandan əsir saxlanılan Aqşin və Hüseynlə bağlı - Açıqlama

16:2222 May, 2023
200
DÜNYA
  • A

“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır”.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Lakin bu proses birtərəfli ola bilməz. Bütün bunlar hüquqi prosedurlar vasitəsilə həyata keçirilməlidir”, - o əlavə edib.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir  cinayət işi başlanılıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.
Mayın 8-də isə A.Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, digər hərbçi Hüseyn Axundov barəsində istintaq tədbirləri davam etdirilir.

  

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər
Orban Macarıstan və ABŞ arasında razılaşmanın hazırlandığını açıqlayıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb