İrandan Ermənistana qanunsuz yolla silah, sursat və narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Oxu24.com xəbər verir ki, məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Bildirilib ki, Ermənistan vətəndaşı R.P. və kimliyi məlum olmayan İran vətəndaşı ilə mayın əvvəlində ölkəyə qanunsuz yolla narkotik maddə, silah və sursat keçirməyi planlaşdırıblar.
Onları Mehri rayonundakı Gömrük Xidmətində Ermənistanın daha 2 vətəndaşı qarşılamalı imiş.
Ancaq qaçaqmalçılar rayonun ətrafında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarənin və Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Axtarış zamanı onların üzərindən 10 kq heroin, metamfetamin, marixuana, 20 ədəd güllə, 2 ədəd döyüş tapançası aşkarlanıb.
Fakt üzrə cinayət işi başlayıb.
Oxu24.com
ŞƏRHLƏR