Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89545
az

Baş Qərargah: Ukrayna SQ Rusiya ordusunun mühüm obyektlərini məhv edib

10:1021 May, 2023
122
  • A

Ukrayna aviasiyası son sutka ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib. Ukrayna müdafiəçiləri həmçinin müxtəlif tipli 4 hücum və 7 kəşfiyyat PUA-nı məhv etməyə müvəffəq olublar.

Oxu24.com-un   Ukrayna SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri 4 silah və hərbi texnikanın cəmləşdiyi ərazini, 1 sursat anbarını, atəş mövqelərində 4 artilleriya qurğusunu, 1 hava hücumundan müdafiə sistemini və daha 1 mühüm hədəfi vurub.

Eyni zamanda, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 70 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 48 hücum həyata keçirib. Baş Qərargahın bəyanatında deyilir ki, nəticədə mülki əhali zərər çəkib, fərdi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb