Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89503
az

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-3000 MANAT

15:0420 May, 2023
943
ELANLAR
  • A

Company

Hüquqşünas
 

Son tarix 19 iyn 2023 - [email protected]

Ümumi müddəalar:
Hüquqşünas vəzifəsinə ali təhsili olan, ixtisası üzrə ən azı 3 il iş təcrübəsinə malik şəxs təyin olunur.
Yaş: 25-42
Cins: kişi
Əsas vəzifələr:
Hüquqşünas hüquqi xarakterli sənədləri işləyib hazırlayır və ya işlənib hazırlanmasında iştirak edir.
Müxtəlif növ hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsində struktur bölmələrinə və ictimai təşkilatlara hüquqi yardım göstərir, iddialarla bağlı əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir.
Müəssisənin başqa bölmələri ilə birlikdə oğurluq, israfçılıq, çatışmazlıq, ekologiya qanunvericiliyinin pozulması və digər hüquq pozuntuları barədə materialları hüquq mühafizə orqanlarına verilmək üçün hazırlayır, hüquq mühafizə orqanlarında icraatda olan və icrası başa çatmış işlərin uçotunu və saxlanılmasını həyata keçirir.
Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, müəssisənin əmlakının mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsində iştirak edir.
İddialara, məhkəmə işlərinə baxılmasının nəticələrinin, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması və aşkarlanmış nöqsanlarının aradan qaldırılması barədə təkliflərin işlənib hazırlanması məqsədi ilə müqavilələrinin icrası və nəticələrinin öyrənilməsi, təhlili və ümumiləşdirilməsini aparır.
Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi barədə materialları rəsmiləşdirir.
İddialara, pretenziyalara cavabların hazırlanması üçün struktur bölmələri tərəfindən arayış, hesab, izahat və digər materialların vaxtında təqdim olunmasına nəzarət edir.
Başqa bölmələrlə birlikdə müəssisənin qüvvədə olan və ya qüvvəsini itirmiş əmrlərinə dəyişikliklər barədə təklifləri hazırlayır.
Mövcud qanunverici normativ aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə işi aparır, onların qüvvədən düşməsi, dəyişiklikləri və əlavələri barədə qeydlər edir, müasir informasiya texnologiyaları və hesablama vasitələrinin tətbiqi əsasında məlumat sənədlərini hazırlayır.
Müəssisənin fəaliyyətində meydana çıxan hüquqi məsələlər üzrə rəylərin hazırlanmasında iştirak edir.
Müəssisənin işçilərinin qüvvədə olan qanunvericilik və onlara dəyişikliklər barədə məlumatlandırılmasını, müəssisənin vəzifəli şəxslərinin onların fəaliyyətinə aid normativ hüquqi aktlarla tanış edilməsini həyata keçirir.
Müəssisənin işçilərinə təşkilati-hüquqi və başqa hüquqi məsələlər üzrə məsləhətlər verir, mülki-hüquqi xarakterli sənəd və aktların rəsmiləşdirilməsində köməklik edir.
Bilməlidir:
Azərbaycan Respublikasının Konstitusiyasını; müəssisənin hüquqi fəaliyyəti üzrə normativ hüquqi sənədləri, metodik və normativ materialları; mülki, əmək, maliyyə, inzibati hüququ; vergi qanunvericiliyini; ekologiya qanunvericiliyini; müqavilələrinin, kollektiv müqavilələrin, sazişlərinin bağlanılması və rəsmiləşdirilməsi qaydalarını; müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədləşdirmənin sistemləşdirilməsi, uçotu və aparılması qaydasını; iqtisadiyyatın, əməyin təşkilinin və idarəetmənin əsaslarını; müəssisədaxili intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir.
Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə bilməlidir.
MS Office kompüter proqramlarını bilməlidir.
Səliqəli zahiri görünüş.
Digər:
Aylıq əmək haqqı: 1000 manatdan 3000 manatadək (namizədlərdən asılı olaraq);
İş qrafiki: əmək qanunvericiliyinə uyğun olaraq;
Tibbi sığorta.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi