Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89497
az

Dövlət agentliyi işçilər axtarır - JURNALİSTLƏRİN NƏZƏRİNƏ!

14:0420 May, 2023
937
ELANLAR
  • A

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyə (Ankara), Almaniya (Berlin), ABŞ (Vaşinqton), Böyük Britaniya (London), Qazaxıstan (Astana), Latviya (Riqa) və Özbəkistan (Daşkənd) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.

Oxu24.com  xəbər verir ki, media orqanı aşağıdakı sahələr üzrə işçi axtarır:

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;

- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;

- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;

- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;

- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;

- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

Tələblər isə aşağıdakılardır:

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;

- 25-55 yaş arası olmalı;

- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;

- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);

- Məntəqənin yerləşdiyi ölkənin dilini bilmək üstünlükdür;

- Stresli vəziyyətlərə davamlı olmalı;

- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;

- xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;

- müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;

- xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;

- foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;

- müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il iyunun 20-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxsi görənlər dərhal POLİSİ YIĞSIN - FOTO
Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb