Yeddilik Qrupu (G7) ölkələri Çini xüsusi hərbi əməliyyatı dayandırmaq və qoşunları Ukraynadan çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammitinin bitməsinə bir gün qalmış qəbul olunmuş birgə bəyanatında deyilir.
“Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırması və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarması üçün təzyiq göstərməyə çağırırıq”, - sənəddə deyilir.
Bundan əlavə, G7 ölkələri Pekini “ərazi bütövlüyünə, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, o cümlədən Ukrayna ilə birbaşa dialoqa əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməyə” çağırıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR