ABŞ prezidenti Co Bayden Ukraynaya artilleriya mərmiləri, zirehli maşınlar və tank əleyhinə silahlardan ibarət yeni 375 milyon dollarlıq hərbi yardım paketini açıqlamağa hazırlaşır.
Oxu24.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ABŞ lideri bu barədə həftəsonu Qrup Yeddilik (G7) sammitinin keçirildiyi Yaponiyada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra açıqlama verəcək.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR