AZ International Import Company
Baş mühasib
Son tarix 17 iyun 2023 - [email protected]
Tələblər:
Ali ixtisas təhsilinin olması (mühasibat uçotu, iqtisadiyyat, maliyyə) ;
Təşkilatçılıq və planlaşdırma bacarıqlarının olması (həm öz fəaliyyətini, həm də tabeliyində olan işçilərin fəaliyyətlərini təşkil etmək və əlaqələndirmək bacarığı) ;
1C 8.3 proqramından sərbəst istifadə bacarığı;
Mühasibat uçotunun bütün sahələrini tam bilmək;
Rus dili biliyi mütləqdir;
Distribyusiya sahəsində Baş mühasib vəzifəsində praktiki təcrübəyə sahib namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
Maliyyə şöbəsinin işinin düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsi;
Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
Alıcı və tədarükçülərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor və kreditor borclarına nəzarət;
Əmək haqqı hesablanması;
1C 8.3 proqramında mühasibat uçotunun təşkili və nəzarəti.
Əlavə məlumat:
İş qrafiki: 5/2, 9.00-dan 18.00-dək;
Əmək haqqı: 2500 manat nett (əmək haqqı artandır) ;
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Oxu24.com
ŞƏRHLƏR