Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89440
az

Ərdoğan: "Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”

16:0319 May, 2023
157
DÜNYA
  • A

“Biz “ATA” İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”.

Oxu24.com xəbər verir ki, bunu "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.

R.T.Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərəhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

"Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyənin ən gözəl qızı seçildi, tənqidlərə tuş gəldi -FOTOLAR

Livandan İsrailə 40 raket atıldı
İddia: Dünya bu tarixdə dağılacaq? - Ona qədər insanlar...

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Ötən gün 35 kiloqramdan çox olan narkotik vasitə götürülüb