Moldovanın baş naziri Dorin Recean Buxarestdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi nəticəsində Kişinyov Rusiya qazından asılılıqdan qurtulub.
“Əgər müharibənin əvvəlində Moldovanın istehlak etdiyi enerjinin 100%-i Rusiyadan gəlirdisə, bu gün Moldova artıq Rusiyadan enerji təchizatından asılı deyil. Moldova artıq Rusiyadan təbii qaz istehlak etmir, Moldova Respublikası həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub”, - Recean bildirib.
Baş nazirin qeyd etdiyi kimi, Rumıniya Moldovaya enerji problemlərinin öhdəsindən gəlməyə kömək edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR