Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89386
az

Bayden: ABŞ Yaponiyanı müdafiə etmək üçün nüvə silahından da istifadə edə bilər

19:1218 May, 2023
133
DÜNYA
  • A

ABŞ nüvə silahı da daxil olmaqla istənilən vasitə ilə Yaponiyanı müdafiə edəcək.

Oxu24.com Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Hiroşimada Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşü zamanı Vaşinqtonun bu qərarını bir daha təsdiqləyib.

ABŞ və Yaponiya liderləri Hind-Sakit okean regionunda, xüsusən də Şərqi Asiyada status-kvonu güc yolu ilə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdin qəbuledilməz olduğunu qeyd ediblər.

Co Bayden və Fumio Kişida Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayaraq, bununla bağlı yaranan problemlərin sülh yolu ilə həllinə çağırış ediblər.

Görüş zamanı tərəflər həmçinin Cənubi Koreyanın iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli formatda sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Baydenlə nədən danışıb?
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır - “Bizi bir neçə çətin gün gözləyir”
Kremldən Putin-Ərdoğan görüşü barədə açıqlama

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı