Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8938
az

Banklarda pulu olanların nəzərinə - 2 aydan az vaxt qaldı

15:3015 Yanvar, 2019
657
  • A
 Hazırda banklarda fiziki şəxslərə məxsus olan 15 faizə qədər manat əmanətləri, xarici valyutada isə 3 faizdən yuxarı olmamaq şərtilə bütün əmanətlər sığortalıdır. 2016-cı il martın 4-dən tətbiq edilən bu qayda 3 il müddətinə qüvvədədir. Yəni 50 gün sonra artıq bu müddət bitir.

Əgər bu müddət uzadılmasa, vətəndaşların banklarda olan vəsaitinin yalnız 30 min manatı kompensasiya ediləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, pul dövriyyəsinin normal qaydada təmin edilməsi üçün bütün əmanətlərin qorunması müddətinin artırılması gözlənilir.

Rəşad Həsənov onu da qeyd edir ki, hazırda bankların əmanət qəbul etmə faizi də aşağı düşür. İndi əksər banklar 12-13 faiz gəlir təklif edirlər. Buna səbəb isə bankların topladıqları əmanətləri realizə etməkdə çətinlik çəkməsidir. Bundan başqa ötən ilin dekabr ayına banklarda olan əmanətin həcmi 8.2 milyard manatdan 8.07 milyard manata qədər azalıb.

Əgər müddət uzadılmasa, ekspertlər əmanətləri sığortalı olsun deyə 30 min manatdan yuxarı olmamaq şərtilə bir neçə bankda yerləşdirməyi təklif edirlər. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya artımları nə vaxt veriləcək?
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU