Rusiya tərəfindən Ukraynaya raket və İHA-ların kütləvi buraxılışı zamanı "Kalibr" qanadlı raketi Krıma düşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk Rusiyanın Astra teleqram kanalına istinadən məlumat verib.
Bildirilir ki, Krımın Leninski rayonunun Vulkanovka kəndi yaxınlığındakı meşədə raket tapılıb.
Hadisə yerinə gedən ekspertlər belə qənaətə gəliblər ki, yerə düşən raket Rusiya Müdafiə Nazirliyinə məxsus “Kalibr”dir.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR