Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayının 226 nəfərə çatıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Citizen TV" məlumat yayıb.
Yeni aşkarlanan 15 meyitdən 14-ü qəbirlərdən, biri isə kolların arasından tapılıb.
Bundan əlavə, daha bir şübhəli şəxs həbs edilib. Hazırda 26 nəfər kütləvi qətl ittihamı ilə dəmir barmaqlıqlar arxasındadır.
Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR