Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89337
az

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanılıb

08:5318 May, 2023
318
  • A

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO