Rusiyanın Kurqan vilayətində baş verən yanğınlar nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Bu gün daha bir nəfərin meyiti tapılıb.
Yanğın nəticəsində 612 ev zərər görüb.
Hadisə ilə əlaqədar iki mindən çox insan təxliyə edilib, 122 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir.
Qeyd edək ki, mayın 7-dən Kurqan vilayətinin bir sıra yaşayış məntəqələrində meşə yanğınlar başlanıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR