Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89325
az

Arterial hipertoniya qeyri-infeksion xəstəliklər sırasında liderdir

20:5317 May, 2023
418
CƏMİYYƏT
  • A

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar aksiya keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində aksiya keçirilib.

Oxu24.com  xəbər verir ki, maarifləndirici tədbirdə bildirilib ki, bu xəstəlik bütün dünyada qeyri-infeksion xəstəliklər sırasında liderlik mövqeyini qorumaqdadır.

 

Aksiyanın əsas məqsədi insanların öz sağlamlıqlarına diqqətini yönəltmək, xəstəliklə mübarizə aparılması üçün əhalini maarifləndirərək arterial təzyiqi nəzarətdə saxlamağa, sağlam həyat tərzi aparmağa sövq etməkdir. Arterial hipertenziya ilə yanaşı, artıq çəki və piylənmənin profilaktikası, diaqnostika və müalicəsinə dair maarifləndirici işlər aparılıb.

Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb.
Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib. Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

165 nömrəli marşrutun       avtobusları            yenilənir
Sabah bu ərazidə       qaz           olmayacaq
Yolda hərəkət edən qapısız ambulansla bağlı- Açıqlama - Video

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək