Rusiya Ukraynada NATO-ya üzv olan 16 ölkənin ordusunun cəmindən böyük ordusunu itirib.
Modern.az xəbər verir ki, bu barədə "Global Firepower" nəşri məlumat yayıb.
"Alyansa üzv olan 28 ölkənin hərbçilərinin sayı Rusiyanın bir ildən çox müddətdə itirdiyindən azdır. Müqayisə üçün, Moskva Ukraynada NATO-nun 16 dövlətinin orudusundan çox hərbçi itirib", - məlumatda deyilir.
Sözügedən 16 ölkənin hərbçilərinin ümumi sayı 193 min nəfərdir ki, bu da Rusiyanın Ukraynada itirdiyi hərbçilərdən 7 min nəfər azdır.
Həmin ölkələr bunlardır:
Bolqarıstan - 25 min nizami qoşun;
Finlandiya - 24 min nizami qoşun;
Macarıstan - 23 min nizami qoşun;
Norveç - 23 min nizami qoşun;
Litva - 16 min nizami qoşun;
Danimarka - 16 min nizami qoşun;
Xorvatiya - 15 min nizami qoşun;
Slovakiya - 13 min nizami qoşun;
Şimali Makedoniya - 9 min nizami qoşun;
Albaniya - 8 min nizami qoşun;
Sloveniya - 7 min nizami qoşun;
Latviya - 6,5 min nizami qoşun;
Estoniya - 4 min nizami qoşun;
Monteneqro - 2,5 min nizami qoşun;
Lüksemburq - min nizami hərbçi;
İslandiya - praktiki olaraq nizami qoşunlar yoxdur.
Alyansın daha 12 ölkəsinin ordusu Ukraynada öldürülən və ya yaralanan Rusiya hərbçilərinin ümumi sayından azdır:
Böyük Britaniya - 194 min nizami qoşun;
Almaniya - 184 min nizami qoşun;
İtaliya - 170 min nizami qoşun;
Yunanıstan - 130 min nizami qoşun;
İspaniya - 120 min nizami qoşun;
Polşa - 120 min nizami qoşun;
Kanada - 70 min nizami qoşun;
Rumıniya - 67 min nizami qoşun;
Niderland - 35 min nizami qoşun;
Portuqaliya - 27 min nizami qoşun;
Belçika - 26 min nizami qoşun;
Çexiya - 26 min nizami qoşun.
Qeyd olunur ki, yalnız üç NATO ölkəsi Rusiyanın müharibədəki itkilərindən çox orduya malikdir:
ABŞ - 1 milyon 390 min nizami ordu;
Türkiyə - 425 min nizami ordu;
Fransa - 205 min nizami ordu.
ŞƏRHLƏR