ABŞ Prezidenti Co Bayden Çinin dövlət başçısı Si Cinpin ilə görüşmək niyyətində olduğunu bildirib, lakin mümkün danışıqların tarixini açıqlamayıb.
Bu barədə Oxu24.com TASS-a istinadən xəbər verir.
Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı ABŞ dövlət başçısından yaxın vaxtlarda Çin lideri ilə görüşüb-görüşməyəcəyi soruşulub.
O isə cavabında “Yaxın vaxtlarda olub-olmayacağını bilmirəm, amma biz görüşəcəyik” söyləyib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR