Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89307
az

“Taliban” hökumətinin Baş naziri istefa verib

17:3517 May, 2023
284
  • A
Əfqanıstandakı “Taliban” hökumətinin Baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar istefa verib. Oxu24.com “Al Jazeera”yə isitinadən bildirir ki, bu barədə “Taliban” qruplaşması məlumat yayıb. Abdul Kəbir müvəqqəti hökumət başçısı təyin edilib. Bundan əvvəl o, Baş nazirin müavini işləyib. Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 2021-ci il sentyabrın 7-dən Əfqanıstan Baş nazirinin səlahiyyətlərini icra edirdi. O, Qəndəhar əyalətinin Pəncva mahalının Paşmul şəhərində anadan olub. Molla Məhəmməd Həsən Axund “Taliban”ın qurucularından və liderlərindən biridir. Əfqan mücahidlərinin səhra komandiri olub. İlk “İslam Əmirliyi” Əfqanıstanın böyük hissəsini faktiki olaraq nəzarətdə saxladığı zaman, 1997-1999-cu illərdə Məhəmməd Həsən Axund “Taliban”ın nəzarətində olan ərazidə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb. O, həm də Qəndəhar şəhərinin qubernatoru olub. 2001-ci ilin yanvarından BMT M.H.Axunda sanksiya tətbiq edib. O, “Taliban”ın 2011-ci ildə ölən lideri Molla Məhəmməd Ömərin siyasi məsələlər üzrə müşaviri işləyib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində fövqəladə vəziyyət rejimi     tətbiq       edildi
Everest turistlər və alpinistlər    üçün    bağlandı
Qazaxıstan AZAL-ın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu