Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89299
az

ABŞ Tayvana əlavə hərbi yardım göndərəcək

15:2817 May, 2023
353
DÜNYA
  • A

ABŞ tezliklə Tayvana əlavə hərbi yardım göndərəcək.

Oxu24.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib. Ostin bu paketə hansı silahların daxil ediləcəyini açıqlamayıb.

Onun sözlərinə görə, ABŞ Prezidentinə Tayvana əlavə yardım səlahiyyəti Konqres tərəfindən təsdiqlənib.

Pentaqon rəhbəri deyib ki, yardım Vaşinqtonun Tayvan boğazında sülh və sabitliyin qorunması ilə bağlı öhdəliyinin bir hissəsidir.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin 2-3 avqust 2022-ci il tarixlərində adaya səfərindən sonra Tayvan boğazı ətrafında gərginlik ciddi şəkildə artıb.

Bayden keçən il sentyabrın 18-də CBS telekanalına müsahibəsində deyib ki, Çindən “mümkün işğal” olarsa, ABŞ ordusu Tayvanı müdafiə edəcək.

Eyni zamanda o, vurğulayıb ki, Vaşinqton adanın müstəqillik əldə etmək cəhdlərini təşviq etmək niyyətində deyil. Yaxın vaxtlarda ABŞ administrasiyası Tayvana 500 milyon dollarlıq hərbi yardım göndərməyi planlaşdırır.

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var
Türkiyədə partiya sədri saxlanıldı
Qəzzada ölənlərin sayı 47 mini keçdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü