Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib.
Oxu24.com nazirliyə istinadən xəbər verir ki, qəbulda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri iştirak ediblər.
Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Oxu24.com
ŞƏRHLƏR