Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89267
az

Nigeriyada silahlılar kəndlərə hücum edib, 29 nəfər öldürülüb

10:1017 May, 2023
352
DÜNYA
  • A

Nigeriyanın Plateau əyalətində silahlı şəxslərin üç kəndə hücumu nəticəsində azı 29 nəfər həlak olub.

Bu barədə Oxu24.com  xarici mətbuata istinadən xəbər verir.

Yerli etnik qrupun nümayəndəsi Filip Pamşak silahlıların bölgəyə gələrək çoxlu sayda sakini öldürdüyünü, evləri yandırdığını bildirib. "Onlar hələ insanlara hücum edirlər. Gərginlik hələ də yüksəkdir və quldurların nəzarətində olan yerlər var, ona görə də insanlar gedib başqalarının öldürülüb-öldürülmədiyini yoxlaya bilmirlər”, - o deyib.

Vilayətin qubernatoru Simon Lalong sözçüsü vasitəsilə verdiyi açıqlamada, təhlükəsizlik qüvvələrinə hücum edənləri həbs etmək üçün göstəriş verdiyini söyləyib.

 

Aynurə Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI