Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb.
Oxu24.com-un xəbərinə görə, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Həsənov Səməd Kamandar oğlu meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR