Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89255
az

Vaqner ABŞ vətəndaşını öldürdü

23:1516 May, 2023
349
DÜNYA
  • A

Rusiyanın “Vaqner” mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin “Telegram” qrupunda paylaşdığı videoda münaqişənin davam etdiyi Ukraynanın Bəhmut şəhərində ABŞ vətəndaşının öldürüldüyünü iddia edib.

Oxu24.com xəbər  verir  ki, Rusiyalı müxbir Aleksandr Simonovun Telegram hesabından yaydığı videoda Priqojin cəsədi və üzərindəki sənədləri yoxladığı əks olunub.

"Budur, keçmiş Amerika əsgəri Nikolas. Onu ABŞ-a çatdıracağıq, tabuta qoyacağıq, hörmətlə Amerika bayrağı ilə örtəcəyik, çünki o, baba kimi yataqda ölməyib, döyüşdə həlak olub və yəqin ki, ləyaqətlə”, – Priqojin bildirib.

Vaqner lideri bildirib ki, öldürülən şəxs döyüşdə ölüb.

"Biz Bahmutda ABŞ vətəndaşının öldürülməsi xəbərini gördük, lakin biz əlavə məlumat axtarırıq", - ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirib.

Ukraynada həlak olan Amerika vətəndaşını təsdiqləmək üçün ABŞ-ın imkanlarının az olduğu, Ukrayna müharibəsində həyatını itirənlərə başsağlığı verildiyi qeyd edilib.

ABŞ vətəndaşlarına da Ukraynaya səfər etməmək barədə xəbərdarlıq edilib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çindəki zəlzələdə ölənlərin sayı    100-ə    çatır
Daha bir ölkədə güclü    zəlzələ     oldu
Trampa İlon Maskdan   şikayət      etdilər

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Mayora hücum edənlər bu maddə ilə ittiham edilir- Həbsləri istənilir