Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi mayın 11-dən Rusiya kinoteatrlarında nümayiş etdirilən iranlı rejissor Əli Abbasinin “Qatil” müqəddəs hörümçək” filminin yayım sertifikatını ləğv edib.
Oxu24.com xəbər verir ki,Mədəniyyət Nazirliyinin məktubunda bildirilir ki, filmdə “Rusiya Federasiyasının qanunvericiliyi ilə yayılması qadağan olunan” məlumatlar var. Sərgidə iştirak edən Filmin nümayəndələri konkret nədən danışdıqlarını açıqlamayıblar.
Real hadisələrə əsaslanan filmin süjet xəttinə görə, bir dindar fanatik İranın Məşhəd şəhərini “murdarlıqdan” təmizləmək qərarına gəlir və fahişəliklə məşğul olan qadınları öldürməyə başlayır.
Zara Əmir Ebrahiminin canlandırdığı Tehrandan jurnalist qətlləri araşdırmaq üçün aparılır. Bu rola görə Ebrahimi 2022-ci ildə Kann Film Festivalında Ən Yaxşı Aktrisa Mükafatını qazanıb. Film həm də Palma budağına namizəd olub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR