Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89202
az

Şəhid Anar Əliyevin doğum günüdür - FOTOLAR

12:1216 May, 2023
690
ÖZƏL BÖLÜM
  • A

Bu gün Şəhid Əliyev Anar Talıb oğlunun doğum günüdür.

Oxu24.com xəbər  verir  ki, yaşasaydı,32 yaşını qeyd edəcəkdi.

Bu gün şəhidin doğum günü ailəsi,Şəhid ailələri və Oğuz ictimaiyyəti tərəfindən qeyd edilib. Şəhidin məzarı ziyarət edilib,ruhuna dualar oxunub.

Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998-2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyub. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı. Hərbi xidməti Anar Əliyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub.
Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin Məhəmməd adlı 4 yaşında bir oğlu var.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

 

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı