Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin köməkçisi bəlli olub.
Oxu24.com xəbər verir ki, bu vəzifəni Gençer Yarkın yerinə yetirəcək.
O, yığmada fiziki hazırlıq üzrə məşqçi olacaq.
Qeyd edək ki, Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR