Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89194
az

İntiqam Babayevə yüksək vəzifə verildi

11:0916 May, 2023
130
CƏMİYYƏT
  • A
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.
 
Bu barədə Oxu24.com-a Qoruq İdarəsindən məlumat verilib.
 
Babayev İntiqam Vaqif oğlu 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakultəsində, 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakultəsində təhsil alıb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 
1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olmuşdur. İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayındək İçərişəhər Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
 
İntiqam Babayev 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə”ordenləri ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO