Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89179
az

Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

09:3216 May, 2023
107
KRİMİNAL
  • A

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elan Bayramov olduğu müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ulacalı kənd sakini Asif Cəfərov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Həbs edilənlər var (VİDEO)