Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89165
az

Universitetlərə qəbul planı artdıqca diplomlu işsizlərin də sayı çoxalır - VİDEO

19:3115 May, 2023
154
CƏMİYYƏT
  • A

Ali təhsil müəssisələrinə tələbə qəbulu planı demək olar ki, hər il artırılır. 

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki,2023-cü ildə universitetlərə qəbul planı 60 minə yüksəldilib.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, gələn il bu rəqəm 63 minə çatdırılacaq. Bunun fonunda diplomlu işsizlər də çoxalır. Gənclər və onların valideynləri universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkdiklərini deyirlər.

Təhsil eksperti Elşən Qafarov "Xəbər Ertəsi"nə bildirir ki, ölkədə ali təhsilli şəxslərin sayı ümumi əhalinin sayına nisbətdə çox azdır. Azərbyacnada hər 100 nəfərdən sadəcə 17-18 nəfər ali təhsillidir ki, bu cəhətdən də bir çox xarici ölkələrdən geridəyik. Məhz buna görə də, ali təhsil müəssisələrinə qəbul planı və təhsillilərin sayı artırılmalıdır.

Ekspert deyir ki, təhsil həyatında uğurlu olan şəxsləri müəssisələr işsiz qoymur. Sadəcə ehtiyacın daha çox olduğu sahələrdə kadrların yetişdirilməsi vacibdir ki, bu istiqamətdə rəqəmlər düzgün tənzimlənməlidir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Xəbər Ertəsi"nə bildirildi ki, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul ölkənin sosial-iqtisadi perspektivlərinin, həmçinin əmək bazarının təhlili əsasında aparılır.

Bu təhlilləri də İqtisadiyyat Nazirliyi hazırlayır və təqdim edir. Bununla yanaşı, 2026-cı ilədək ali təhsil müəssisələrinə hər il qəbul olunanların sayının 75 min nəfərə çatdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quş qripinə qarşı epizootoloji monitorinq aparılır
Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ oldu
Azərbaycanda quş ətinin qiyməti KƏSKİN ARTDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı