Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89159
az

Bakıda şok hadisə: Qətlə görə tutulan şəxs bu səbəbdən azadlığa buraxıldı

18:0815 May, 2023
443
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.

Oxu24.com xəbər  verir  ki,APA-nın əldə etdiyi xəbərə görə, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.

Baş verən dava zamanı Fərman Hüseynov ölüb.

Məlum olub ki, Fərman Hüseynov dava zamanı xəsarət almayıb və onun ölümünə ürək tutması səbəb olub.

Ona görə də hadisə zamanı saxlanılan Hidayət Cəfərov sərbəst buraxılıb.

Hidayət Cəfərovun ölən Fərman Hüseynovun oğlu tərəfindən döyülməsi faktı ilə bağlı hazırda araşdırma aparılır.

Hidayət Cəfərov iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! AZAL bu istiqamətə uçuşları dayandırdı
Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü