Rusiyanın Bryansk vilayətində PUA hərbi texnika anbarına hücum edib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Məlumata görə, mayın 14-də səhər saatlarında Suzemski rayonundakı anbarın damına PUA-dan partlayıcı qurğu atılıb.
Partlayış nəticəsində 5 avadanlıq zədələnib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR