Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89126
az

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

12:3115 May, 2023
126
  • A

Baş Prokurorluğun vəsatəti əsasında Ukraynanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Elşən Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elşən Qasımov Ukrayna ərazisində saxlanılaraq mayın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi