Xəbər verdiyimiz kimi, Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızlar falçı tərəfindən təcavüzə məruz qalıblar. Baş vermiş hadisə haqda hüquq-mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə məlumat verilib.
Oxu24.com xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.az-a verilənə xəbərə görə, faktla bağlı artıq araşdırma başlayıb.
“İddialar öz əksini tapsa həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Oxu24.com
ŞƏRHLƏR