Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89039
az

Bəzi ərazilərə leysan yağış, Qubanın dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA

15:0514 May, 2023
123
DÜNYA
  • A

Milli Hidrometeorologiya Xidmətinin mayın 14-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, dolu düşüb. Səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.

Xidmətdən Oxu24.com-a bildirilib ki, yağıntının miqdarı Qaxda 47 (aylıq normanın 37 faizi), Zaqatalada 21, Oğuzda 20, Şəmkirdə 19 (aylıq normanın 39 faizi), Gədəbəydə 19, Göygöldə 18, Mingəçevirdə 15 (aylıq normanın 33 faizi), Sədərəkdə 15, Gəncədə 14 (aylıq normanın 32 faizi), Yevlaxda 13 (aylıq normanın 26 faizi), Lənkəran, Şəki və Qəbələdə 12 mm təşkil edib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.

Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstana səfərini    təxirə     saldı
Almaniyada yük maşını körpüyə çırpıldı -18 yaralı
Blinken     Seula     gedib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var