Son zamanlar avtobuslarda baş verən əxlaqsız hərəkət edənlərin sayı artıb.
Oxu24.com Haberler.com saytına istinadən xəbər verir ki, Türkiyədə avtobusda gedən gənc qız əxlaqsız hərəkətin qurbanı olub. Xarici vətəndaş yanında əyləşən gənc qıza baxaraq əxlaqsız hərəkətlər edib. Həmin anları lentə alan şəxs daha sonra görüntüləri 100 min üzvü olan Telegram kanalında yerləşdirib.
Qısa müddətdə sosial mediada sürətlə yayılan görüntü böyük əks-səda doğurub. Videonun altına şərh yazan vətəndaşlar polisi tag edib, sözügedən şəxsin tutulmasını tələb ediblər.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR