Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89027
az

Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

13:4714 May, 2023
175
KRİMİNAL
  • A

Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Şəki Rayon Prokurorluğundan  bildirilib ki, mayın 13-də Şəki rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
Türkiyədə partiya sədri HƏBS EDİLDİ
Xadimə ilə xəyanət etdi: Tanınmış cərrahın ölümünün təfərrüatları