Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88991
az

İsrail və "İslami Cihad" atəşkəsə razılaşıb

22:5213 May, 2023
131
DÜNYA
  • A

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki, İsrail nümayəndələri ilə Fələstinin “İslami Cihad” qruplaşması arasında aparılan danışıqlardan xəbərdar olan mənbələr BBC-yə bildiriblər ki, tərəflər yerli vaxtla saat 22:00-dan (Bakı vaxtı ilə 23:00) atəşkəs barədə razılığa gəliblər.

İsrail və Fələstin nümayəndələri arasında danışıqlar Misirin vasitəçiliyi ilə aparılıb.


Cümə günü İsrail ordusu və Qəzzadakı Fələstin yaraqlıları arasında raket hücumları davam edib. Bu gün münaqişənin gərginləşməsinin başlanmasından bəri dörd gün ərzində ilk dəfə olaraq Qüds yaxınlığındakı yəhudi yaşayış məntəqələri atəşə tutulub.

Buna cavab olaraq İsrail Qəzzada İslami Cihad yaraqlılarını atəşə tutub. Onlar çərşənbə axşamı sələfinin ölümündən sonra İsrailə raket hücumlarına rəhbərlik edən altıncı cihadçı komandirin öldüyünü bildiriblər.

İsrail tərəfinin məlumatına görə, hərbçilər bu həftə İslami Cihadın 170 hədəfini vurub, yaraqlılar isə Qəzzadan 860-dan çox raket atıb, onların əksəriyyəti ya yaşayış məntəqələrindən kənara düşüb.

Ümumilikdə, çərşənbə axşamından bu yana qarşıdurmada 30-dan çox adam ölüb, 90-dan çox insan yaralanıb. Bunlar əsasən fələstinlilərdir və Fələstin tərəfinin fikrincə, onların yarısına qədəri mülki şəxslərdir. Eyni müddət ərzində İsrail tərəfində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı